FAQ

Təhsilin İnkişafı Forumu Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə 8 oktyabr 2024-cü il tarixində saat 09:00-18:00 aralığında Gülüstan Sarayında keçiriləcək.


“Tərəfdaşlıqdan tərəqqiyə” konsept mesajı ilə keçirilən Təhsilin İnkişafı Forumu 2024 dövlət-özəl tərəfdaşlığı çərçivəsində birgə fəaliyyətlərin intreqrasiyasını, akademik təsisatlar və sənaye qurumları arasında səmərəli əməkdaşlığı gücləndirməyi hədəfləyir.


Forumda yerli və beynəlxalq mütəxəssislər, dövlət nümayəndələri, universitetlər və sənaye təmsilçiləri bir araya gələrək bilik və təcrübə mübadiləsi aparacaq.


Forumda iştirak yalnız dəvətnamə ilə olduğundan, qeydiyyat linki mövcud deyil. Forum günü @tifbaku sosial media hesablarında canlı yayım ediləcəkdir.


Forum dövlət-universitet-özəl tərəfdaşlığının inkişaf perspektivlərinə dair vacib məsələlərin müzakirəsi üçün platforma rolunu oynayır. Forumda iştirak etməklə, təhsil sahəsindəki son yeniliklər və trendlər barədə məlumat əldə edəcək, qabaqcıl təcrübələrdən faydalanacaqsınız.


Forum “Biliyi dəyərə çevirən sinerji”, “Tədqiqatdan inkişafa gedən yol” və “Gələcəyi gənclərə necə hazırlamalı” adlı 3 paneldən ibarət olacaq. 


Təşkil olunacaq panellərdə “Tərəfdaşlıq üçün səmərəli mexanizmlər”, “Tədqiqat və innovasiya üzrə əməkdaşlıq”, “İnsan kapitalının inkişafı” mövzuları ətrafında 21 spikerin çıxışı nəzərdə tutulur.